Didye Droqba “Türk Telekom Arena”da tarix yazdı
20.04.2013 - 04:40
Didye Droqba “Türk Telekom Arena”da tarix yazdı
Qışda “Şanxay Şenxua”dan “Qalatasaray”a keçən Didye Droqba komandasının tarixinə adını yazdırıb. Apasport.az saytının məlumatına görə, Fil Dişi Sahili millisinin hücumçusu 15 yanvar 2011-ci il tarixində istifadəyə verilən “Türk Telekom Arena”da “Cim-Bom”un yubiley qoluna imza atıb.

Belə ki, “Çelsi”nin sabiq futbolçusu ötən gün Türkiyə Superliqasının XXX turu çərçivəsində “Elazığspor”u 3:1 hesabı ilə məğlub edən “aslanlar”ın 100-cü qolunu vurub. 20-26-cı dəqiqələrdə fərqlənən Didye “Qalatasaray”ın tarixinə keçib.

Qeyd edək ki, “Qalatasaray”ın “Türk Telekom Arena”da ilk qoluna hazırda “Əskişəhərspor”da çıxış edən, azərbaycanəsilli müdafiəçi Sərvət Çətin imza atıb.