Yığmamızın müdafiəçisi “5,5” aldı
20.04.2013 - 05:12
Yığmamızın müdafiəçisi “5,5” aldı
“Rubin”in heyətində Rusiya Premyer Liqasında debüt edən Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışovun çıxışına qiymət verilib. Apasport.az saytının məlumatına görə, XXV tur çərçivəsində “Amkar”la qarşılaşmanın 90 dəqiqəsində əvəzlənmədən meydanda olan təmsilçimizə rusiyalı həmkarlarımız “5,5” qiymətini layiq görüblər.

Qeyd edək ki, “Amkar” – “Rubin” görüşü 1:1 hesablı sülhlə başa çatıb.