Kurban Berdıyev: Ruslan Abışovun gücü çatmadı
20.04.2013 - 09:26
“Amkar”la oyunda fiziki cəhətdən yorğunluq öz sözünü dedi. Biz bundan qorxurduq və bu da baş verdi. Müdafiə xəttində kobud səhvlər məhz bununla bağlıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun çıxış etdiyi “Rubin”in baş məşqçisi Kurban Berdıyev deyib. Ruslanın Rusiya Premyer Liqasında debütü XXV turda “Amkar”la 1:1 hesabı ilə nəticələnən səfər oyununda baş verib.
Berdıyev start heyətində meydana buraxaraq əvəz etmədiyi Ruslana konkret qiymət verməsə də, o daxil olmaqla uzun müddətdir oynamayanlar haqda danışıb: “Heyətimizdə olan bütün problemlərə baxmayaraq, ilk hissəni pis keçirmədik. Ancaq uzun müddətdir oynamayan futbolçularımızın ikinci hissədə gücü çatmadı. “Amkar” bu dəqiqələrdə layiqli ərazi üstünlüyünə malik idi və yenə qol vura bilərdi. Fikrimcə, heç-heçə bu matçın qanunauyğun nəticəsi idi”.
Qeyd edək ki, Abışov bunadək “Rubin”də əvəzedicilərdə 2 oyun keçirmişdi.

0
0