Topaz Premyer Liqasında 2 seriyaya son qoyuldu
20.04.2013 - 10:09
Topaz Premyer Liqasında 2 seriyaya son qoyuldu
Topaz Premyer Liqasında XXVII turunun açılış oyunları 2 seriyaya son qoydu. Apasport.az saytının məlumatına görə, “altılıq”da yüz faizlik nəticə göstərən yeganə komanda “Rəvan” səfərdə AZAL-a 2:3 hesabı ilə uduzmaqla, 4 oyunluq qələbə seriyası qırılıb. Komanda bunadək sonuncu dəfə də rəqib meydanında həmşəhərlilərinə təsnifat mərhələsinin axırıncı turunda “Bakı”ya 1:2 hesabı ilə yenilmişdi. Həmin oyunun martın 3-də keçirildiyini nəzərə alsaq, “Rəvan” 47 gündən sonra uduzdu.

“Turan” isə qələbəsiz oyunlar seriyasına son qoyaraq 5 matçdan sonra qalib gəldi. Bu, “Kəpəz”lə matçda gerçəkləşib. Maraqlıdır ki, tovuzlular yenə səfərdə 1:0 hesablı qələbəyə sevinib. Bundan öncə XXII turda “Sumqayıt”la oyunda 3 xal qazanılmışdı. “Turan” fevralın 24-də keçirilən həmin matçdan 54 gündən sonra qələbə qazandı.