“Xəzər Lənkəran” uduzmadığı komandaya qarşı
20.04.2013 - 10:57
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının final mərhələsinin ilk dövrəsinin son turuna “Sumqayıt”la oyunla yekun vuracaq. Apasport.az saytının məlumatına görə, əsas hədəfi ölkə kuboku ilə bağlı olan lənkəranlılar rəqibi ilə 5-ci dəfə üzləşəcək.
İlk dəfə final mərhələsində rəqib olan komandalar 2 dəfə 2011/12, 2 dəfə cari mövsümdə oynayıb. Ötən mövsüm hər 2 matçda “Xəzər Lənkəran” qələbə qazanıbsa, bu çempionatda qalib müəyyənləşməyib.
Cənublular “Sumqayıt”a 4 matçın hamısında qol vurub. Əslində, bu matçlardan cəmi 1-də komanda qapısını toxunulmaz saxlaya bilib. Bu da ötən mövsümünü II dövrəsində “ağ-yaşıllar”ın səfərdə 3:0 hesabı ilə qalib gəldiyi matçda olub.
Lənkəranda isə hər 2 komanda qol vurub. Meydan sahibləri “Sumqayıt”a evdə eyni sayda - 2 qol vurmağa nail olub. Ümumilikdə 2 qələbə və 2 heç-heçəsi olan “Xəzər Lənkəran” top fərqində ikiqat üstünlüyə malikdir – 8:4.
2011/12 06.08.2011 çempionat e 2:1
2011/12 03.03.2012 çempionat s 3:0
2012/13 31.10.2012 çempionat s 1:1
2012/13 03.03.2013 çempionat e 2:2
Mənbə: lankaranfc.com

0
0