“Mançester Yunayted”in sabiq futbolçusu Bakıda oynayacaq?
20.04.2013 - 12:39
Mayın 1-də mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Azərbaycanla Avropanın veteranları arasında yoldaşlıq görüşündə daha bir məşhur futbolçu oynaya bilər. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in sabiq oyunçularından birinin həmin matça dəvət edilməyi gözlənilir.
Belə ki, “Bakcell”lə tərəfdaşlığından sonra Mançester təmsilçisi ilə əlaqələrdən istifadə edərək belə bir variantı reallaşdırmaq mümkündür.
Məsələni aydınlaşdırmaq üçün əlaqə saxladığımız AFFA-nın baş katibi Elxan Məmmədov bir neçə gün gözləməyi məsləhət gördü: “Biz bu haqda rəsmi açıqlama verəcəyik. Bakıya gələcək futbolçuların siyahısını gələn həftənin ilk günündə açıqlayacağıq”.
AFFA həmin oyuna bir sıra məşhur futbolçuların gəlməyinə razılıq əldə edib ki, bunlara misal olaraq Hakan Şükür, Rüştü Rəcbər, Bernd Şuster, Şota və Arçil Arveladze qardaşları, Vagiz Xidyatullin, Leinid Buryak, Aleksandr Çivadzeni misal göstərmək olar.
“Qalatasaray”ın əfsanəvi kapitanı Bülənt Korkmazla “Qızıl top”un sahibi olan İqor Belanova göndərilən dəvətə cavab gözlənilir. Türkiyəli “İstanbul Böyükşəhir Bələdiyyəspor”un baş məşqçisi işlədiyindən işləri çox olduğu halda, Belanovun ayağı gipsdə xəstəxanaya düşüb. Onun ölkəmizə gəlib-gəlməyəcəyinə gələn həftənin əvvəlində tam aydınlıq gələcək.
Mehman SÜLEYMANOV

0
0