“Qalatasaray” Fatih Terimi “Yeni Mourinyo” ilə əvəzləyir
20.04.2013 - 13:14
“Qalatasaray”ın baş məşqçisi FatihTerimin yenidən postundan gedəcəyi gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, “İmperator” ləqəbli 60 yaşlı mütəxəssis uzun fasilədən sonra İtaliyaya qayıdaraq, bu ölkənin adı açıqlanmayan nəhəng klublarından biri ilə anlaşdığı bildirilir. Terim “Qalatasaray”a UEFA kubokunu qazandırdıqdan sonra İtaliyada çalışaraq, əvvəl “Fiorentina”, ardından “Milan”ın baş məşqçisi olub.
İstanbullular onun yerinə gətirəcəkləri baş məşqçini də artıq müəyyənləşdirib. Belə ki, “Cim Bom” “Bazel”i Avroliqanın yarımfinalına çıxarmaqla diqqət mərkəzinə düşən türk əsilli çalışdırıcı Murat Yakını seçib. Rəhbərlik “Yeni Mourinyo” adlandırılan Yakınla Sürixdə görüşərək əməkdaşlığı müzakirə edib. Belə ki, “Qalatasaray” İsveçrə vətəndaşı olan gənc mütəxəssisə Çempionlar Liqasının qazanmaq üçün 100 milyon avro verməyə hazır olduğunu söyləyib.
Qeyd edək ki, Yakın yığmasının millimizə 1996-cı ilin avqustun 31-də Bakıda sensasiyalı uduzduğu rəsmi oyunda penaltidən dəqiq istifadə edə bilməyib.

0
0