“Abışovda həyəcan hiss olunsa da, ümumilikdə layiqli oynadı”
20.04.2013 - 14:06
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov Rusiya Premyer Liqasında debütündə adət etmədiyi mövqedə oynayıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı həmyerlimiz “Rubin”in heyətində “Amkar”la 1:1 hesabı ilə nəticələnən səfər matçında 90 dəqiqə müdafiənin sol cinahına cavabdeh olub. Belə ki, baş məşqçi Kurban Berdıyev həmin matçda 3 mərkəz müdafiəçi ilə çıxış etməyə üstünlük verərək, Ruslanı sola meylli oynadıb.
Kazanlı həmkarlarımız matçda diqqət yetirilməli olan 5 məqamı seçərək, onların birində Abışovla Sololon Kverkveliya üzərində dayanıb: “Rubin”də son oyunlarda müdafiənin mərkəzində problemlər vardı. Berdıyevin Sezar Navasla birgə müdafiəyə buraxdığı Abışovla Kverkveliya bu il ilk rəsmi oyunlarını keçirirdilər. Çalışdırıcının yeni ildə 1 dəqiqə olsun belə rəsmi matçda oynamayanları əvvəldən müdafiənin mərkəzinə buraxmağının 2 izahı ola bilər. Bu, ya riskə getməklə bağlı, ya da çarəsizlikdən idi. Belə görünür ki, “Amkar”la oyunda ikinci variant idi. Roman Şaronovun zədə, İvan Markanovun psixoloj problemi var. Buna görə Berdıyev mövsümə “Nefteximik”də başlayan Solomonla “Xəzər Lənkəran”dan gələn Ruslanı ilk dəqiqələrdən buraxmalı oldu”.
Kazanlılar Ruslanın debütündən razı qalıb: “Azərbaycanlı legionerin həyəcanı ilk hissədə buraxdığı bəzi səhvlərlə hiss olunurdu. Ancaq o, ümumilikdə layiqli oynayaraq, “Rubin”in oyununa girdi”.
Qeyd edək ki, Ruslan millimizdə debütündə – 2009-cu ilin sentyabrında Finlandiya yığmasına Lənkəranda 1:2 hesabı ilə uduzduğu rəsmi matçda sol cinah müdafiəçisi oynayıb.

0
0