“Dənizlispor”dan 300 min istədi, anlaşması pozuldu
20.04.2013 - 14:52
“Dənizlispor”dan 300 min istədi, anlaşması pozuldu
Azərbaycan milli komandasının sabiq futbolçuları Rail Məlikovla Arif İsayevin oynadığı “Dənizlispor”un türkiyəli baş məşqçi Erhan Altınla anlaşmasını pozmağına aydınlıq gətirilib. Apasport.az saytının məlumatına görə, Dənizli təmsilçisinin Səlahəttin Dərvənti istefaya göndərəndən sonra bu posta gətirdiyi açıqlanan Altından son anda vaz keçməli olub.

Buna səbəb isə hər məsələdə razılıq əldə olunan türkiyəli çalışdırıcının birdən pul məsələsində iddiası olub. Belə ki, təcrübəli mütəxəssis əvvəldən nağd 100 min, komandanı I divizionda saxlamağı müqabilində 200 min Türkiyə lirəsi istəyib. Bu isə ümumilikdə 150 min manat deməkdir. Buna razı olmayan “Dənizlispor” Özcan Bizatinin təyinatını gerçəkləşdirib.

Qeyd edək ki, Altın 2009-cu ildə “Kocaelispor”un baş məşqçisi kimi Rəşad Sadıqqov və Ramal Hüseynovla birgə çalışaraq, komandanı Superliqada saxlaya bilməyib.