Cihan Özkaranın komandası baş məşqçisiz qaldı
20.04.2013 - 15:37
Cihan Özkaranın komandası baş məşqçisiz qaldı
Türkiyə Futbol Federasiyası Azərbaycan millisinin futbolçusu Cihan Özkaranın çıxış etdiyi “SSivasspor” klubunu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, qurumun Nizam-İntizam Komitəsi bu gün keçirdiyi iclasında çıxardığı qərarlarda Sivas təmsilçisiniə də aid olanlar var.

Belə ki, komanda Türkiyə kubokunda “Trabzonspor”la öz meydanında keçirdiyi oyunda azarkeşlərin yolverilməz hərəkətinə görə 5000 min Türkiyə lirəsi cərimələnib. “Sivasspor”un baş məşqçisi Rza Çalımbay isə hakimlərin ünvanına söylədiklərinə görə 1 oyunluq cəza və 1000 min Türkiyə lirəsi cərimələnib.