“Rəvan”ın liderliyi, “Qarabağ”ın ona şərik olmaq şansı
20.04.2013 - 16:55
“Qarabağ” üçün Topaz Premyer Liqasında “Bakı” ilə sabahkı oyunda qələbənin əhəmiyyəti böyükdür. Apasport.az saytının məlumatına görə, ağdamlılar səfər matçında qalib gələrsə, həm ardıcıl 4-cü qələbəsini qazanacaq, həm də ən əsası “altılıq”da ilk dövrənin şərikli lideri olacaq.
Belə ki, bunadək final mərhələsində yüz faizli nəticə göstərən yeganə komanda olan “Rəvan”a ilk dövrənin qalibi olmaq üçün AZAL-la səfər oyununda da 1 xal da yetərli idi. Ancaq 2:3 hesabı ilə uduzan komanda “altılığ”ın ilk dövrəsini 12 xalla bitirdi. “Qarabağ” qalib gələrsə, onun da xalı 12 olacaq.
“Rəvan” final mərhələsində 15 qol vurub, 5-i buraxıb, yəni topların fərqi +10-dur. “Qaarabağ” isə rəqib qapısından 6 top keçirərək, özü 4-ü buraxmağı nəticəsində müsbət +2 fərqə malikdir. Qurban Qurbanovun komandasının “Bakı”nı 9 top üstünlüklə qalib gələcəyi real olmadığından, ən yaxşı halda şərikli lider ola bilər. Göründüyü kimi, final mərhələsində ilk dövrənin ən yaxşı göstərici “Rəvan”a məxsus oldu.
“Qarabağ” “Bakı”nı yenərsə, “Neftçi” isə “Qəbələ” uduzarsa, çempionatda şərikli lider olacaq. Ancaq bu dəfə komanda 1-ci pillədə ola biləcək. Çünki Qurbanovun yetirmələri “Neftçi” ilə keçirdiyi hər 3 oyunda qalib gələrək, şəxsi oyunlarda üstünlüyə malikdir.
Qeyd edək ki, ağdamlılar həlledici mərhələdə Zaqatalada “Simurq”a 0:1 hesablı məğlubiyyətlə başlayıb.

0
0