Məngənədəki "Neftçi" Salmanovu öz oyununa necə təyin etdirdi?
20.04.2013 - 18:59
"İnter"in "Neftçi" ilə son oyununda nə baş verdisə, birincilərin prezidenti Georgi Nikolov bir köşəsi ilə aranı qarışdırdı. Bu matçın pərdəarxasından xəbərim yoxdu, ancaq ortada ciddi fakt olmasaydı, bolqar funksioner bakılıların "şərəfində ləkə" axtarmazdı.
Bu ciddi ittihamın hansısa azarkeşin atdığı fişəngin qazonun bir hissəsini yandırması ilə yaxından-uzaqdan əlaqəsi yox idi. Sadəcə, Nikolov mesajını çatdırmaq üçün bu faktdan yapışdı və çox gözəl manevr etdi. Əslində, onun təhqir olan sözlərindən sonra "Neftçi" tərəfinin nəsə deməyə cürəti çatmadı. İkinci dərəcəli klub rəsmiləri qeyri-diplomatik, bir az da köntöy yolla cavab qaytardı, ancaq klub prezidenti Sadıq Sadıqovun bu məsələni zarafat sandığını deyərək, gündəmdən çıxarması işçilərinin də köpünü aldı.
Böyüklərin böyük oyununda növbəti səhnəni "Neftçi" oynadı. "Qarabağ"la çempionat matçında təyin olunan penaltiyə görə özündən çıxan flaqman rəsmiləri az qala hamını hədələdi, günahkar çıxardı. Bu, əslində, ağdamlılara ardıcıl 3 oyunda yenilməyin üstünü örtmək üçün planlaşdırılan aksiya idi. Çünki etiraz üçün səbəb olan fakt tutarlı deyildi: "Qarabağ"ın qazandığı penalti tam haqlı təyin olunmuşdu. Sadəcə, "Neftçi" cəbhəsi çox irəli getdi. Onlar Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi, dolayısı ilə AFFA-nı "Qarabağ"a yardım etməkdə suçladılar.
Baş məşqçi Böyükağa Hacıyevin bir az dərindən getməsi, milli-etnik məsələləri qarışdırması, AFFA-nın tənqid payını lap çox etməsi həm özünün, həm də hakimləri təhqir edən köməkçisi Bəxtiyar Musayevin, eləcə də klubun ciddi cəzalanması ilə nəticələndi. Ardınca klubun Apellyasiya və Ekspert Komissiyasının təcili yığılıb onların bu cəzalarla bağlı şikayətinə baxmasını tələb etməsi isə assosiasiya rəhbərliyinin səbrini daşırdı. Belədə AFFA prezidenti bəyanat verərək "Neftçi"ni hədələməyi lazım bildi ki, bununla da sanki qurbağa gölünə daş atıldı. Artıq idman portallarının daimi müsahibi olan Sadıq Sadıqovun da hansısa açıqlamasını tapmaq, olanlara reaksiyasını görmək mümkünsüzdü.
Çempionluğa oynayan 3 komandadan sonuncu dilə gələn "Qarabağ"ın vitse-perzidenti Tahir Gözəldi. Ağdam klubunun rəsmisi "Neftçi" ilə ölkə kubokunun ilk oyunundan sonra səsini çıxarmağı lazım bildi. Ağdamlıların qapısına təyin olunan qərəzli penaltidən hiddətlənən Gözəl məhz bu səbəbdən hesabda öndə olan komandasının uduzduğu qənaətindədi: "Oyunda başverənləri seyr etdikcə çox məyus oldum. Penalti epizodunda 1 deyil, 2 qüsur var. Hakim penalti zamanı epizoda çox yaxın idi. Burada həm proses cərimə meydançasından kənarda baş verir, həm də açıq-aydın görünür ki, rəqib futbolçuya heç bir təmas yoxdu. Bir hakim bütün bunlara rəğmən, belə qərar verirsə, mənim onun meydana ədaləti qorumaq üçün çıxdığına şübhəm var... Bilsinlər ki, "Qarabağ" daim "Neftçi"nin əzəli rəqibi olacaq. Çünki "Qarabağ" da "Neftçi" kimi tarixi olan bir klubdu. Bunu hamı görür, bilir və biləcək. Bu, futboldu. Biz udmağı da, heç-heçə oynamağı da bacarırıq. Amma baş verən son olay dəhşətli, qəbuledilməzdi. Bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla PFL prezidenti Ramin Musayevlə görüşdüm. Hər 2 qurum rəhbərliyindən belə neqativ halların bir daha yaşanmaması üçün nələrsə etmək lazım gəldiyini vurğuladım. Sevindirici haldı ki, həm Ramin bəy, həm də Elxan bəy olayın ciddiyyətini qəbul və "Qarabağ"ın haqsızlığa uğradığını etiraf etdilər".
Gözəl daha sonra "Neftçi" klubuna xəbərdarlıq edib: "Siz gələn həftə daha da iradəli, əzmkar "Qarabağ" görəcəksiniz. Biz sınmadıq. Əksinə, başverənlər bizi daha da motivasiyalı edib. İstənilən halda, biz bütün Azərbaycana öz iradəmizi göstərəcəyik. Cavab görüşündə bütün gücümüz, ruhumuz, canımızla mübarizə aparacağıq. Görüşün nəticəsi nə olacaq bilmirəm. Amma onu deyə bilərəm ki, bu görüşdə klub başqanı olaraq bu matça qədər heç vaxt göstərmədiyim iradəmi ortaya qoyacam. Komandam da bilsin ki, bu matç mənə çempionluq, final görüşü kimi qiymətlidi".
Göründüyü kimi, 3 ciddi qalmaqal və üçü də "Neftçi"nin oyunundan sonra baş verib. Maraqlıdı ki, xüsusilə "Qarabağ"la oyunlarda haqsız olan tərəf məhz bakılılardı. Ancaq onu da qəbul etməliyik ki, hətta AFFA prezidentinin barmaq silkələməsinə baxmayaraq, "Neftçi" meydandan kənarda da çox ciddi bir gücdü. Elə olmasaydı, bu komandanın oyununa "ağ-qaralar"ın hakimi kimi tanınan Anar Salmanov təyin olunmazdı. Flaqmanın bütün oyunlarında onu uğursuzluqdan qoruyan FİFA referisinin bu matça təyin etdirilməsi mümkün olursa, deməli, "Neftçi"nin qarşısını almaq çətin olacaq. Burada söhbət təkcə meydandakı mübarizədən getmir. Fakt odu ki, komanda çətin durumda olarkən onu xilas etmək üçün kənar qüvvələr də köməyə gəlir. Deməli, "Qarabağ"ın canfəşanlığı, Nikolovun ironiyası boşunadı, "Neftçi" yenə istədiyinə çatacaq.
Mənim üçün ən maraqlı olan "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin dedikləridi. O, AFFA rəhbərliyinin xəbərdarlığına məhəl qoymadan yenə istədiyini danışır. Adətən kölgəsindən qorxanlar gözünü yumub ətrafındakıları qılınclamaqla məşğul olur. O, bu dəfə Ağasəlim Mircavadovu hədəfə almaqla yanaşı AFFA-ya daha bir tənqid bombası göndərdi. "Foqtsa görə cəza almışam" deməyə başqa izah vermək çətindi.
Göründüyü kimi, "üçlük" arasında meydandan kənarda da qızğın mübarizə gedir. Bu mübarizədən kimin qalib çıxacağını proqnozlaşdırmaq çox çətindi. Rəqiblərin öz aralarında hələ daha bir dueli qalıb. Ancaq sırf bu prizmadan yanaşsaq, hərənin öz üstünlükləri var. "Neftçi"ylə "Qarabağ"ın kubokda da üz-üzə gəldiyini nəzərə alsaq, titulların dəyişdirilməsi və ya vasitə kimi istifadə edilməsi mümkündü. Baxmayaraq ki, indi bu klublar arasında olan münasibətlər belə sonluğa ümid vermir. "İnter"in isə "Simurq" kartı var. Kiçik qardaşının hər iki oyunda yenəcəyi şübhə doğurmayan "bankirlər" zaqatalalıların əsas rəqiblərini büdrətməsinə də ümid edir. Düzdü, hələlik "Simurq" "İnter" üçün bir iş görə bilməyib, ancaq "səhv"i düzəltmək üçün imkanlar tükənməyib.
Mənbə: "Sport-Ekspress" qəzeti

0
0