Berti Foqts Topaz Premyer Liqasının iki matçını canlı izləyəcək
21.04.2013 - 15:00
Berti Foqts Topaz Premyer Liqasının iki matçını canlı izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının XXVII turu çərçivəsində bu gün keçiriləcək oyunları canlı izləyəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis öncə “Bakı” – “Qarabağ” matçını, daha sonra “Baksell Arena”da baş tutacaq “Neftçi” – “Qəbələ” görüşünü izləyəcək.

Mənbə: affa.az