Məlikov ilə İsayev oynadı, komandası qazandı
21.04.2013 - 17:21
Məlikov ilə İsayev oynadı, komandası qazandı
Türkiyə PTT I liqasının XXXI turu çərçivəsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq müdafiəçi Rail Məlikov və yarımmüdafiəçisi Arif İsayevin çıxış etdiyi “Dənizlispor” “Manisaspor”la üz-üzə gəlib.

Səfərdə qarşılaşn təmsilçilərimizin komandası yeni baş məşqçi Özcan Bizatinin rəhbərliyi altında meydana ilk dəfə çıxıb. Görüşdə Dənizli klubu 4 oyunluq qələbə həsrətinə son qoyuq.

“Manisapor”u 0:1 hesabı ilə məğlub edən “Dənizlispor”un heyətində Məlikov ilə İsayev də start heyətdə meydana çıxıb. Rail matçda 90 dəqiqə, Arif isə 59 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, “Dənizlispor” bu qələbədən sonra xalını 36-ya çıxarıb və turnir cədvəlində 13-cü pilləyə yüksəlib.