Qurban Qurbanov: Yaxşı oynayan komandaya qalib gəldik
21.04.2013 - 17:43
Qurban Qurbanov: Yaxşı oynayan komandaya qalib gəldik
“Oyunun gedişində iki məcburi əvəzetməmiz oldu. Əvəzetmələrdən daxil olan oyunçular özünü doğrultdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XXVII turu çərçivəsində səfərdə “Bakı” üzərində qazanılan 0:1 hesablı qələbəni şərh edib: “Çempionatın gərginliyi daha da artır. Bu cür gözəl stadionda oyunun sürəti də artır. Vacib üç xal qazandığımızı düşünürəm. Bəlkə də bizim komandada qələbə qazanmaq istəyi daha çox idi. Yaxşı oynayan komandaya qalib gəldik. Qarşıda kubok oyunumuz var. Bugünkü oyunu unudub növbəti oyunlara hazırlaşmalıyıq”.