“Neftçala” “Tərəqqi”ni məğlub etdi
21.04.2013 - 19:00
“Neftçala” “Tərəqqi”ni məğlub etdi
Azərbaycan I divizionunda XXII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun növbəti matç günündə 3 görüş baş tutub.

Evində “Lokomotiv” “Göyəzən”i 4:1 hesabı ilə məğlub edib. “Neftçala” isə səfərdə “Tərəqqi”ni üstələyib - 0:2.

“Bakılı” - “Şəmkir” matçında isə qalib müəyyənləşməyib. Tərəflər hərəyə bir dəfə fərqlənərək meydandan sülhlə ayrılıb.

I divizion
XXII tur
21 aprel

“Lokomotiv” - “Göyəzən” – 4:1
Səddam Mollazadə, 23, Elnur Babayev, 50; 5, 5Arif Vəliyev, 75 - Azər İbrahimov, 83

“Tərəqqi” - “Neftçala” – 0:2
Aslan Hüseynov, 51, Aqşin Həşimov, 78

“Bakılı” - “Şəmkir” – 1:1
Ramil Həsənov, 40 - Rəşad Piriyev, 8