Tərlan Əhmədov: İkinci hissədə əzmkar oyun ilə qalib gələ bildik
21.04.2013 - 19:44
Tərlan Əhmədov: İkinci hissədə əzmkar oyun ilə qalib gələ bildik
“Oyunun ağır keçəcəyini bilirdik. Kubok oyununun ardından bu oyunu keçirdiyimiz üçün komandada yorğunluq hiss olunurdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” məşqçisi Tərlan Əhmədov deyib.

Təcrübəli çalışdırıcı Topaz Premyer Liqasının XXVII turu çərçivəsində evində “Qəbələ”ni 2:1 hesablı əzmikar qələbəni şərh edib: “İlk hissədə yaxşı oynamasaq da, ikinci hissədə əzmkar oyun ilə qalib gələ bildik. Zədəli oyunçularımız sağalmağa başlayır. Qarşıda “Qarabağ”la kubok oyunumuz var. Bütün fikrimizi bu oyuna yönəldəcəyik”.