“Atletiko”nun seleksionerləri artıq Bakıda
21.04.2013 - 20:20
“Atletiko”nun seleksionerləri artıq Bakıda
Daha əvvəl elan olunduğu kimi, iki klub arasında əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən, seçilmiş gənc azərbaycanlı futbolçular “Atletiko”nun bazasında təlim alacaqlar. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, uzunmüddətli proqram əsasında İspaniyaya yollanacaq futbolçuların seçimi "Atletiko"nun məşqçi-seleksiyaçılarına həvalə olunub.

Artıq 3 nəfərdən ibarət seleksiyaçı məşqçilər Bakıdadırlar. Bu gün Daniel Qonsales Sans, David Bellver və Xuanxo Rodriqes 11-13 yaşlı futbolçuların yarışlarını izləyiblər. Müşahidələr bir neşə gün davam edəcək.

1 həftə ərzində aparılan analizlər nəticəsində ən perspektivli futbolçular müəyyənləşəcək və onların siyahısı hazırlanaraq klub rəhbərliyinə təqdim olunacaq. Bu siyahıda tək “Bakı”nın deyil, istənilən qurumun nümayəndəsi yer ala bilər.

Seleksiya işləri başa çatdıqdan sonra siyahı elan olunacaq.

Seçilmiş uşaqlar yay aylarındna etibarən Madridə yollanaraq futbol təlimləri ilə bərabər klassik təhsil də alacaqlar.