Con Toşak: İlk dəfə idi ki, birinci hissədə yaxşı oynadıq
21.04.2013 - 20:33
Con Toşak: İlk dəfə idi ki, birinci hissədə  yaxşı oynadıq
“Xəzər Lənkəran”a gəldiyim gündən bəri ilk dəfə idi ki, birinci hissədə bu qədər yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

Uelsli çalışdırıcı Topaz Premyer Liqasının XXVII turu çərçivəsində doğma divarlar arasında “Sumqayıt”la qolsuz bərabərliklə başa çatan görüşü dəyərləndirib: “Hər iki hissədə 4 real qol imkanımız oldu. Lakin rəqib qapıçısının inamlı oyununu qeyd etməliyəm. Əlinə düşən imkanlardan istifadə edə bilmədikdə bu nəticə ilə kifayətlənməli olursan. Fikrimcə, ən azı 2:0 hesabı ilə qalib gəlməli idik”.