Hücumçumuz forma geyindi, “Metallurq” bərabərə qaldı
21.04.2013 - 21:25
Hücumçumuz forma geyindi, “Metallurq” bərabərə qaldı
Latviya çempionatında IV turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan milli komandasının hücumçusu Vüqar Əsgərovun şərəfini qoruduğu Lieapaya “Metalluruq”u “Dauqava” ilə üz-üzə gəlib.

Səfərdə qarşılaşan təmsilçimizin komandası görüşdən 1:1 hesablı sülhlə ayrılıb.

Bu qarşılaşmada Əsgərov yenə meydana strart heyətdə çıxıb. Lakin Vüqar matçın 64-cü dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, “Metallurq” 4 oyundan 8 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.