Cihan Özkarasız “Sivasspor” yenə qələbə üzü görmədi
21.04.2013 - 22:40
Türkiyə Superliqasının XXX turu çərçivəsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın formasını geyindiyi “Sivasspor” səfərdə “Kayserispor”la münasibətlərinə aydınlıq gətirib.
Görüşdə təmsilçimizin komandası yenə xal itirib. Belə ki, ötən tur evində “Gənclərbirliyi” ilə 1:1 hesablı heç-heçə edən Sivas klubu bu dəfə də eyni aqibətlə üzləşib.
Bərabərliklə başa çatan oyunda Özkara yenə “18-liy”ə daxil edilməyib.
Qeyd edək ki, “Sivasspor” 30 oyundan 37 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində yer alır.

0
0