Məlikov ən yaxşılar arasında
22.04.2013 - 07:48
Məlikov ən yaxşılar arasında
Türkiyə çempionatının I liqasında çıxış edən “Dənzilispor”un azərbaycanlı futbolçularının son oyuna görə aldıqları qiymətlər məlum olub. Apasport.az saytının xəbərinə görə, XXXI turun “Manisaspor”la səfər oyununda Rail Məlikovla Arif İsayev komandalarının ən yaxşılarından olub.

Start heyətində meydana çıxaraq 90 dəqiqə əvəzlənmədən mübarizə aparan Məlikov Dənizli təmsilçisinin ən yaxşılarından olub. Rəqib meydanında 1:0 hesabı ilə qalib gələn komandasının ən yüksək - “7”yə layiq görülən 7 oyunçusundan biri də müdafiəçimiz olub. Start heyətdə yer alan, lakin 59-cu dəqiqədə əvəzlən İsavev isə “6” ilə qiymətləndirilib.

Qeyd edək ki, “Dənizlispor” 36 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.