“Bakı”&“Qəbələ”: Əlvida medal!
22.04.2013 - 08:16
Topaz Premyer Liqasının XXVII turu 2 klubun mükafatçılar sırasına düşmək arzusunun üstündən xətt çəkib. Apasport.az saytının məlumatına görə, mövsümün son 5 turu “Bakı” və “Qəbələ” üçün medal qazanmaq baxımından formal xarakter daşıyacaq. Çünki bu komandaların ilk “üçlük”də yer almayacağı artıq rəsmiləşib.
İlk “altılığ”ın medallarla vidalaşan ilk komandası “Bakı” olub. Paytaxtın eyniadlı təmsilçisi öz meydanında “Qarabağ”a 0:1 hesabı ilə uduzaraq, bürünc medalları da özü üçün əlçatmaz edib. Belə ki, bu məğlubiyyətdən sonra xal hesabı 35-də qalan Bojidar Bandoviçin yetirmələri “Qarabağ”ın 51-ə çatmasına mane olmayıb. Əgər bu qarşılaşmada heç-heçə qeydə alınsaydı, ağdamlılara çatmaq nəzəri cəhətdən mümkün olacaqdı.
“Qarabağ” qələbə ilə 2-ci pilləyə qayıtdığından “Bakı”ya ilk “üçlük”də ən yaxın olan “İnter”dir. İlk baxışdan “zolaqlılar” həmşəhərlilərinə çata bilərlər. Çünki komandaları 15 xal ayırır və sona 5 tur qalıb. Lakin baş tutan 3 şəxsi oyunda “İnter” rəqibindən 7 xal (1:0, 0:0, 2:1) alıb. Bu isə o deməkdir ki, “İnter” son 5 oyunda uduzsa, “Bakı” 5 qələbə qazansa və xallar bərabərləşsə, 3-cü pillədə “bankirlər” qərarlaşacaq.
“Bakı”nın 3 komandanın eyni xal toplamasına ümidli olması da mənasızdır. “İnter”in 5 dəfə uduzması, “Bakı”nın 5 qələbəsi və “Simurq”un da 50 xal toplaması əslində möcüzəyə oxşayır. Lakin bu möcüzə də bürüncü “İnter”ə bəxş etmiş olacaq. Çünki 3 komanda arasındakı şəxsi oyunlarda “Bakı” cəmi 6, “İnter” isə 13 xal toplayıb. Hər 3 komanda 50 xal əldə etmiş olsa belə, şəxsi oyunlarda “bankirlər” 13, həmşəhərliləri 12 xala malik olacaq. “Simurq”un isə bu 2 rəqiblə şəxsi oyunlarda 5 xalı var.
“Qarabağ”la “Bakı” meydanı tərk edəndən sonra “Neftçi” önünə çıxan “Qəbələ” medallara ən azı nəzəri şansını saxlamaq üçün uduzmamalı idi. Lakin hesabı açdıqları oyunda 1:2 hesabı ilə yenilən əyalət təmsilçisi 3-cü pillədən 16 xal geri düşdü. Bu isə sona 5 tur qalmış aradan qaldırılması mümkün olmayan fərqdir. Hərçənd qələbə qazanılacağı halda “Qəbələ”nin hətta gümüş şansları qalırdı.
“Bakı”, ardınca “Qəbələ”nin medallar uğrunda mübarizədən qopmasından sonra 3 mükafata 4 namizəd qalır. Lakin artıq XXVIII tur “Simurq”un da onlara qoşulması ilə nəticələnə bilər. “Neftçi”, “Qarabağ” və “İnter”in ilk “üçlüy”ü indidən formalaşdırması üçün onlara 1 uğurlu oyun və ya zaqatalalıların büdrəməsi kifayətdir.

0
0