Millimizin hücumçusu meydana buraxılmadı
22.04.2013 - 08:41
“Kayzerslautern”in 23 yaşadək futbol komandası Regionalliqada növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı iblislər” Frankfurtda “Ayntraxt”ın II komandasının qonağı olub.
Görüş son 20 dəqiqə ərzində vurduğu qollar sayəsində “Kayzerslautern”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu görüşdə milli komandamızın hücumçusu Rüfət Dadaşov “18-lik”də olsa da, yenə meydana çıxmayıb.
Qeyd edək ki, Rüfətin komandası hazırda 52 xalla çempionatın 3 liderindən biridir.

0
0