“Xəzər Lənkəran”: 148 gündən sonra
22.04.2013 - 08:58
Topaz Premyer Liqasının XXVII turu “Xəzər Lənkəran”ın uğursuz seriyasını qırması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, ardıcıl 17 oyunda qol buraxan “ağ-yaşıllar” qapısını toxunulmaz saxlamağı bacarıb. “Sumqayıt”la ev matçını (0:0) “quru” keçirən Orxan Sadıqlı 2013-cü ildə ilk dəfə meydanı qol buraxmadan tərk edib.
“Xəzər Lənkəran”ın qol buraxmadığı son qarşılaşma 2012-ci il noyabrın 24-də baş tutmuşdu. Həmin vaxt “Kəpəz”lə çempionatın səfər matçında qapısını “quru” saxlayan cənublular 1:0 hesabı ilə qalib gəlmişdilər. 148 gündən sonra meydanı qol buraxmadan tərk edən lənkəranlılar bu müddətdə 17 matçda 25 dəfə topu qapısından çıxarmışdı.

0
0