Aleksandr Çertoqanovdan qırmızı het-trik
22.04.2013 - 09:15
Aleksandr Çertoqanovdan qırmızı het-trik
“Qəbələ” klubunun futbolçusu Aleksandr Çertoqanov mövsümün yeni antirekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXVII turunun “Neftçi” ilə oyununun 65-ci dəqiqəsində meydandan qovulan yarımmüdafiəçi cari çempionatda 3-cü qırmızı vərəqəsini alıb.

Bununla, Çertoqanov 2 dəfə qımızı vərəqə alan Rasim Ramaldanov (“Simurq”) və Qara Qarayevi (“Qarabağ”) arxada qoyub. Çempionatda qırmızı vərəqə alan digər oyunçular 1 dəfədən artıq cəzalanmayıb.

Qeyd edək ki, Aleksandr VI turun “Rəvan”la oyununun 72-ci, XVI turun “Sumqayıt”la qarşılaşmasının 61-ci dəqiqəsində meydandan qovulmuşdu.