AZAL rahat uça bilər
22.04.2013 - 09:39
AZAL rahat uça bilər
Topaz Premyer Liqasının ikinci “altılığ”ında daha bir komandanın taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, XXVII turda “Rəvan”ı 3:2 hesabı ilə məğlub edən AZAL-ın güclülər dəstəsində yeri təmin olunub.

Belə ki, “təyyarəçilər” aşağı dəstəyə enən sonuncu komanda olmaqdan qurtulub. Buna səbəb bakılıların 11-ci pillədə qərarlaşan “Turan”dan 15 xal öndə olmasıdır. Düzdür, artıq 42 xalı olan AZAL 27 xala malik Tovuz təmsilçisi üçün nəzəri cəhətdən əlçatmaz deyil. Çünki qarşıdakı 5 turda qərblilər xal itirməsə, bakılılar əksinə, xal qazanmasa da “təyyarəçilər” “Turan”dan geri düşəcək.

Belə olan halda isə “Sumqayıt” AZAL-ın gerisində olacaq. Çünki bakılıları keçmək üçün “Gənclik şəhəri” təmsilçisi də uduzmamalıdır. “Turan” onları yenəcəyi halda, “təyyarəçilər” sumqayıtlılar üçün əlçatmaz olacaq. Bir sözlə, 29 xalı olan “Sumqayıt”la 27 xalı olan “Turan” bir-biri ilə qarşılaşacağından onlardan biri üçün “təyyarəçilər”ə yalnız aşağıdan yuxarı baxmaq qalacaq.

Ən pis halda mövsümü 10-cu bitirəcək AZAL ikinci “altılıq”da taleyinə aydınlıq gələn 2-ci komandadır. Bunadək “Kəpəz”in aşağı dəstəyə yuvarlanması dəqiləşmişdi.

XXVII turda Gəncə təmsilçisinin yeri də dəqiqləşib. I diviziona düşməsi xeyli əvvəl bilinən Mahmud Qurbanovun yetirmələri “Turan”a uduzmaqla 12-ci yeri “özəlləşdirib”. 11-ci pillədəki tovuzluların 27 xalı olduğundan, 17 xal geridə qalan gəncəlilər son 5 tura heç cür rəqibinə çatmırlar.