“Seltik” Azərbaycan çempionunu gözləyir
22.04.2013 - 10:06
“Seltik” Azərbaycan çempionunu gözləyir
Çempionlar Liqasının 2013/14 mövsümündə mübarizə aparacaq daha bir klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Şotlandiya çempionatının sonuna 4 tur qalmış 1-ci yerin taleyinə aydınlıq gəlib.

“İnverness” ilə qarşılaşmada 4:1 hesablı qələbə qazanan “Seltik” tarixində 44-cü dəfə ölkə çempionluğunu bayram edib.

Qeyd edək ki, “zolaqlılar” Çempionlar Liqasında II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bu isə o deməkdir ki, Qlazqo təmsilçisi Azərbaycan çempionunun da mübarizə aparacağı mərhələdə komandamızın potensial rəqiblərindəndir.