“Altılıq”da ikincilərin hegemonluğu
22.04.2013 - 10:43
Topaz Premyer Liqasında final mərhələsi ilk dövrəsi başa çatıb. Apasport.az saytının məlumatına görə, I dövrənin turnir cədvəlinə diqqət yetirdikdə, ikinci “altılıq”da oynayanların hegemonluğu diqqət çəkir.
Belə ki, 7-8-ci pillərdə olan AZAL-la “Rəvan” yalnız final mərhələsində toplanan xallara görə ilk 2 yerdə qərarlaşıb. “Təyyarəçilər” ümumiyyətlə, “altılıq”da uduzmayan yeganə komanda kimi vahid liderdir. Vaqif Sadıqovun baş məşqçisi olduğu komanda keçirdiyi 5 oyundan 4-də qalib gələrək, yalnız 1-də xal itirib. Həmin heç-heçə “Xəzər Lənkəran”la səfər matçında idi ki, bunda uesli Con Toşak rəqibin baş məşqçisi postunda debüt edirdi.
İlk “altılıq”da ən yaxşı göstərici “Qarabağ”a məxsus olsa da, o, topların fərqinə görə “Rəvan”dan geri qalır. İkinci “altılığ”ın daha bir təmsilçisi olan “Sumqayıt” da “ilk 6-da” qərarlaşıb. Düzdür, bu komanda final mərhələsinə ardıcıl 2 qələbə ilə başlasa da, sonrakı 3 matçı uduzub.
Mükafatlar uğrunda mübarizə aparan “Simurq”, “Bakı” və “Qəbələ” ikinci “altılıq”da qərarlaşıb. “Zolaqlılar” turnir cədvəlində Zaqatala təmsilçisindən geri qalsa da, final mərhələsində ondan çox xal toplayıb. “Qəbələ” isə “altılıq”da qələbə qazanmayan 2 komandadan biridir. İkincisi isə ümumiyyətlə xalı olmayan “Kəpəz”dir. Artıq I divziona düşməyi rəsmiləşən gəncləlilər çempionatda olduğu kimi, “altılıq”dakı xallara görə də sonuncudur.

komanda | o | q | h | m | t | x | |
1 | AZAL | 5 | 4 | 1 | 0 | 11-4 | 13 |
2 | Rəvan | 5 | 4 | 0 | 1 | 15-5 | 12 |
3 | Qarabağ | 5 | 4 | 0 | 4 | 7-4 | 12 |
4 | Neftçi | 5 | 3 | 1 | 1 | 6-4 | 10 |
5 | İnter | 5 | 3 | 0 | 2 | 11-6 | 9 |
6 | Sumqayıt | 5 | 2 | 0 | 3 | 5-5 | 6 |
7 | Xəzər L | 5 | 1 | 3 | 1 | 5-5 | 6 |
8 | Bakı | 5 | 1 | 2 | 2 | 4-5 | 5 |
9 | Simurq | 5 | 1 | 1 | 3 | 2-8 | 4 |
10 | Turan | 5 | 1 | 1 | 3 | 5-14 | 4 |
11 | Qəbələ | 5 | 0 | 2 | 3 | 4-7 | 2 |
12 | Kəpəz | 5 | 0 | 0 | 5 | 2-10 | 0 |
0
0