“Flavinyo mənə qarşı bu hərəkəti qəsdən etməz” – MÜSAHİBƏ
22.04.2013 - 11:29
“Qəbələ” klubunun futbolçusu Elmar Baxşıyevin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının hesabat turunda “Neftçi”yə qarşı oyunda Flavinyo ilə mübarizə zamanı hər ikiniz sarı vərəqə aldınız. Həmin epizodda nə baş verdi?
- Adi oyun epizodu idi. Flavinyo mübarizədə gövdəsini qoymuşdu və mənim əlim onun üzünə dəydi. Yəni, qayda pozuntusu mən tərəfdən oldu. Təsadüfi deyil ki, baş hakim Əliyar Ağayev bizim qapımıza cərimə zərbəsi təyin etdi.
- Flavinyo da sizə zərbə vurdu və buna görə ikinci sarı vərəqə ilə cəzalandırılıb meydandan çıxarıldı...
- O, çevrilən zaman ayağı ilə qarnıma vurdu.
- Braziliyalı futbolçu bunu bilərəkdən etdi?
- Məncə, yox. Flavinyo qəsdən belə hərəkət etməz. Hər halda, biz komanda yoldaşı olmuşuq.
- Onunla “Neftçi”də birgə oynadığınız vaxt münasibətlərinizdə problem olmayıb ki?
- Xeyr. Mənim bütün futbolçularla münasibətim qaydasındadır.
- Həmin anda komanda yoldaşınız Aleksandr Çertoqanov da ikinci sarı vərəqə alaraq qovuldu və meydanda gərgin anlar yaşandı...
- Oyun əvvəldən sona kimi gərgin gedirdi. Biz də istəyirdik ki, qalib gələk. Hər halda, 5-6 oyundur qələbə qazana bilmirik və bu uğursuz seriyaya son qoymaq istəyirdik. Ancaq qismət deyilmiş.
- İspaniyalı Luis Araqonun baş məşqçi postunda olduğu hər 3 oyunda hesabı açsanız da, üstünlüyünü əldən verirsiniz. Bu dəfə heç 1 xal da qazana bilmədiniz. Səbəb nədir?
- İkinci hissədə konsentrasiyanı itiririk. Qolları elə səhvlərdən buraxırıq ki... Uşaq səhvlərinə yol veririk. Fasiləyə kimi yaxşı oynayırıq, ancaq sonradan “boşalaraq” bunun acısını çəkirik.
- “Qəbələ” kubok və çempionatda medallardan kənarda qaldığı üçün yenə Avropaya çıxa bilmir. Belə olan halda, az motivasiyada necə oynayırsınız?
- Motivasiya aşağı olsa da, klubun imicinə görə oynamalıyıq. Çünki müqavilə ilə bütün şərtlərini yerinə yetirirlər və öhdəliklərimizi etməliyik.
- “Qəbələ”nin uğursuz çıxışının əsas səbəbini nədə görürsüz?
- Məncə, bu, tez-tez baş məşqçi dəyişikliyi ilə əlaqədardır. Bu mövsüm artıq 3-cü çalışdırıcı ilə işləyirik.
- Araqonu necə xarakterizə edərdiniz?
- O, 10 gündür komanda ilə işləyir və peşəkarlığa üstünlük verir. Futbolçunu rahat şəkildə buraxır ki, öz oyununu göstərsin. Yəni oyunçular psixoloji baxımdan təzyiq altında, gərginlikdə olmurlar.
- Bəs əvvəlki baş məşqçi Ramiz Məmmədovun vaxtında necə idi?
- Onun da üstün cəhətləri vardı. Məmmədov daha çox nizam-intizama üstünlük verir, oyuna yaxşı motivasiya edirdi. Futbolçudan futbolçuya fərq var.
- Məmmədovdan fərqli, Araqonun vaxtında əsas heyətdə yer alırsınız...
- Mən də bütün futbolçular kimi qışda təlim-məşq toplanışı keçmişdim. Ancaq əvvəlki baş məşqçi mənə şans vermirdi. Bunun səbəbini özü deyə bilər. Bəlkə Məmmədovun taktiki sxeminə uyğun gəlmirdim. Qışda getmək söhbətim olsa da, müqaviləni yaya kimi uzatdıq. Bundan sonrasını gələcək göstərəcək.
Mehman SÜLEYMANOV

0
0