“Dalğa Arena”da biabırçılıq
22.04.2013 - 13:56
Topaz Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, XXVII turun “Dalğa Arena”da keçirilən “Kəpəz” – “Turan” matçını cəmi 30 tamaşaçı izləyib.
Bu da çempionatın 27 turunun ən aşağı göstəricisidir. Bunadək cəza üzündən azarkeşsiz keçirilən “Qarabağ” – “Qəbələ” matçını nəzərə almasaq, mövsümün ən aşağı tamaşaçı sayı 50-yə bərabər idi. Bu da XXII turun “Kəpəz” – “Simurq” matçında gerçəkləşmişdi. Gəncə təmsilçisinin Bakıdakı son oyununda isə həmin antirekord yeniləndi.

0
0