47 gündən sonra
22.04.2013 - 14:11
“Rəvan” klubunun qələbə seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXVII turunda AZAL-a 2:3 hesabı ilə uduzan Ramil Əliyevin yetirmələri sonuncu dəfə martın 3-də səfərdə “Bakı”ya 1:2 hesabı ilə məğlub olmuşdu.
Bu yenilgidən sonra ardıcıl 4 oyunda qələbə qazanan paytaxt təmsilçisi 47 gündən sonra xal itirərək məğlub oldu. Ardıcıl 4 qələbədən son 3-ü böyükhesablı olan “Rəvan” bu uğurlu seriya zamanı 13 qol vurub və 2-ni buraxıb.

0
0