Tovuzda futbolçunun toyu yasa döndü
22.04.2013 - 14:02
Tovuzda futbolçunun toyu yasa döndü
“Turan” klubunun futbolçusu Azər Məmmədov subaylığın daşını atıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi dünən ailə həyatı qurub.

Toyunu Tovuzdakı şadlıq saraylarının birində keçirən Məmmədov qonaqlar məclisə gələr-gəlməz bəd xəbər alıb.

Belə ki, həmin gün axşam saatlarında futbolçunun nənəsi dünyasını dəyişib. Mərhum bu gün dəfn olunub.