Topaz Premyer Liqasında ilk
22.04.2013 - 14:17
Topaz Premyer Liqasında ilk
Topaz Premyer Liqasının XXVII turunun “Kəpəz” – “Turan” oyunu daha bir hakimin ölkə çempionatında debütü ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, qarşılaşmanı idarə edən Ömər Paşayev həm mövsümdə, həm də tarixdə ilk dəfə güclülər dəstəsi oyununda baş hakim kimi meydana çıxıb. O, cari mövsüm Premyer Liqanın arxada qalan 157 görüşündə (nəticəsi ləğv olunan “Simurq” – “Rəvan” oyunu nəzərə alınmamaqla) fit çalan 11-ci referidir. Ümumilikdə isə 1992-ci ildən keçirilən çempionatlarda bunadək 87 hakim iş başında olmuşdu. Paşayev həmin siyahıya 88-ci kimi daxil olub.


1
Əliyar Ağayev
21
2
Anar Salmanov
20
3
Rəhim Həsənov
20
4
Fariz Yusifov
20
5
Elçin Məmmədov
20
6
Vüsal Əliyev
19
7
Rauf Cabbarov
13
8
Elvin Əsgərov
11
9
Orxan Məmmədov
8
10
Ramil Diniyev
4
11
Ömər Paşayev
1