“Simurq”un antirekordu
22.04.2013 - 14:25
“Simurq” tarixinin ən böyükhesablı məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, zaqatalalılar Topaz Premyer Liqasının XXVII turunun “İnter”lə səfər matçında 0:5 hesabı ilə uduzmaqla 8 illik tarixində ilk dəfə 5 və daha çox top fərqi ilə məğlub olub.
Yarandığı 2005-ci ildən “Şəfa”dakı matça qədər 253 rəsmi matç keçirən “Simurq” ən ağır yenilgisini 254-cü görüşdə alıb. Bunadək 86 dəfə məğlub olan komanda I dəstədə 3, Azərbaycan kubokunda 6, avrokuboklarda 2, Premyer Liqada 75 dəfə uduzmuşdu.
Həmin 86 məğlubiyyətdən ən böyük hesablıları 4 top fərqi ilə olub. 4 dəfə bu fərqlə yenilən zaqatalalılar 87-ci məğlubiyyətini 5 topla alıb. “Simurq”un 3-dən artıq, yəni 4 və daha çox top fərqi ilə aldığı məğlubiyyətlərin hamısı Premyer Liqaya təsadüf edib.
“Simurq”un 4 və daha çox top fərqli məğlubiyyətləri

16.05.2010 | Simurq (Zaqatala) - Standard (Sumqayıt) | 0:4 |
21.08.2010 | Neftçi (Bakı) - Simurq (Zaqatala) | 4:0 |
27.11.2010 | Qəbələ - Simurq (Zaqatala) | 4:0 |
16.12.2011 | AZAL (Bakı) - Simurq (Zaqatala) | 5:1 |
20.04.2013 | İnter (Bakı) - Simurq (Zaqatala) | 5:0 |
0
0