30 oyuna 77 qol
22.04.2013 - 14:36
30 oyuna 77 qol
Topaz Premyer Liqasında final mərhələsinin ilk dövrəsində 77 qol qeydə alınıb. Apasport.az saytının məlumatına görə, keçirilən 30 oyunda orta məhsuldarlıq 2,57 olub. İlk “altılıq”da 34 (orta hesabla 2,27), ikincidə 43 qol (orta hesabla 2,87) vurulub.

“Rəvan” hamıdan çox – 15 dəfə rəqib qapısına yol tapıbsa, “Kəpəz”lə “Simurq” ən azı – hərəyə 2 qola imza atıb. Ən az qol buraxanlar “Qarabağ”la “Neftçi”dir – hərəyə 2 dəfə. “Turan” isə 14 dəfə öz qapısından top buraxmaqla ən pis göstəriciyə malikdir.

Qeyd edək ki, bərabərlik hər 2 “altılıq”da eyni – 15 oyunda 3 dəfə olub.