“Rəvan”ın qollu seriyası 9 oyuna çatdı
22.04.2013 - 15:27
"Rəvan” Topaz Premyer Liqasının XXVII turu çərçivəsində aprelin 19-da AZAL ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, Şüvəlan qəsəbəsindəki "AZAL Arena”da baş tutan görüşdə qonaqlar sona qədər mübarizə aparsa da, 2:3 hesablı məğlubiyyətdən qaçmaq mümkün olmayıb.
AZAL ilə görüşdə rəqib qapısına yol tapan "Rəvan” çempionatdakı qollu seriyasını 9 oyuna çatdırıb. Bu il keçirdiyi bütün oyunlarda ən azı 1 qol vurmuş “uçan aslanlar” bu nəticə ilə Premyer Liqada öz rekordunu yeniləyib. Buna qədər anoloji göstəricidə ən uzun seriya ötən mövsümün XXVIII turundan cari "futbol ili”nin III turuna qədər davam edən 8 matçlıq "marafon” idi.
16 oyundur heç-heçə etməyən "Rəvan” AZAL-a 2:3 hesabı ilə uduzmaqla bu il ən çox qol vuran Premyer Liqa komandası olaraq qalıb. Sadəcə, artıq AZAL-ın da hesabında 22 qol var. Bu görüş həm də 2 yubileylə yadda qalıb. Söhbət 62 gündən sonra qol vuran Ramazan Abbasovun Premyer Liqada "Rəvan” forması ilə 40-cı oyununa çıxmasından və baş məşqçi Ramil Əliyevin elitada 50-ci görüşünü keçirməsindən gedir. MOİK ilə 41 matçda elita həyəcanı yaşamış gənc çalışdırıcı "Rəvan”da bu baxımdan göstəricisini 9-a çatdırıb. Başqa sözlə, "Turan”a qarşı oyun onun üçün daha bir yubiley əhəmiyyəti daşıyacaq.
AZAL ilə oyunda son saniyələrdə fərqlənən Mindauqas Kalonas isə cari il 7-ci qolunu vurub bu baxımdan liderlərə çatıb. İndi onunla yanaşı daha 3 futbolçunun aktivində bu il çempionatda vurulmuş 7 top var. Bunlar argentinalı Xuan Manuel Varea (Rəvan), çilili Nikolas Kanales (Neftçi) və Nildodur (AZAL).
Qeyd edək ki, AZAL ilə oyunu idarə edən Vüsal Əliyev cari mövsüm 4-cü dəfə “Rəvan”ın iştirakı ilə keçirilən matçda fit çalıb. Say baxımından o, Rauf Cabbarov və Əliyar Ağayevlə şərikli lider olub. Vüsal Əliyevin cari mövsüm “Rəvan”la yollarının kəsişdiyi digər 3 halda bakılılar 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətə imza atıb.

0
0