Sialmasın Lənkəran kitabı bağlandı
22.04.2013 - 16:25
“Xəzər Lənkəran”dan ayrılacaq daha bir futbolçunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisinin baş məşqçisi Con Toşak çox güman Dimitris Sialmasdan imtina edəcək.
Belə ki, təcrübəli çalışdırıcı yunanıstanlı forvardın göstərdiyi oyundan narazıdır. Dünən “Sumqayıt”la baş tutmuş görüşdə 90 dəqiqə ərzində şanslarından yararlana bilməyən futbolçu bu azmış kimi, əlavə olunmuş dəqiqələrdə komandasını azlıqda qoymuşdu. Qeyri-adi bir şey baş verməsə, 26 yaşlı futbolçu ilə yollar “Bakı” ilə Lənkərandakı kubok qarşılaşmasından sonra ayrılacaq.
Sialmas yayda Yunis Hüseynovun dönəmində AEK-dən transfer olunub. Onunla əvvəlcə “Bakı”nın maraqlandığı bildirilsə də, sonradan “ağ-yaşıllar”ın Afina klubuna elçi düşdüyü məlum olub.
Qeyd edək ki, bundan öncə “Xəzər Lənkəran” nizam-intizamı pozduğu üçün xorvatiyalı yarımmüdafiəçi Robert Alvijə qapını göstərmişdi. Eləcə də ispaniyalı məşqçi Erik Roketa Toşaka lazım olmamışdı.

0
0