AFFA üçün yeni avtomobillər - FOTOSESSİYA - VİDEO
24.04.2013 - 16:50
Bu gün AFFA-nın inzibati binasının qarşısında “Hyundai” avtomobillərinin assosiasiyaya təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, bu, AFFA və “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribüteri "Auto Azərbaycan" arasında imzalanmış 3 illik tərəfdaşlıq müqaviləsinə əsasən baş tutub.
Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, "Auto Azərbaycan" şirkətinin idarə heyətinin üzvü Ziya Babayev və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts iştirak ediblər. Tərəfdaşlıq müqaviləsi qeyd olunmuş müddət ərzində AFFA-nın "Auto Azərbaycan" şirkəti tərəfindən təqdim olunmuş avtomobillərdən istifadəsi, eləcə də "Futbol dünyası" qəzetində və AFFA-nın rəsmi internet səhifəsində (www.affa.az) "Auto Azərbaycan" internet səhifəsinə keçid, çap materiallarında reklam, media fonda loqo, meydançaətrafı reklam yeri və digər reklam xarakterli tədbirləri özündə cəmləşdirir.
Məmmədov "Auto Azərbaycan"la müqavilə barədə fikirlərini ifadə edərək deyib ki, Azərbaycan futbolunun inkişafı, kütləviliyinin genişlənməsi nüfuzlu şirkətlərin ona diqqət ayırmasına zəmin yaradır: “Sevindirici haldır ki, AFFA ilə "Auto Azərbaycan" arasında 4 ildən artıq müddətdə mövcud olan əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Onu da qeyd etmək istərdim ki, dünyanın tanınmış brendlərindən olan HYUNDAI beynəlxalq səviyyədə təşkil olunan bir çox futbol yarışlarının rəsmi tərəfdaşlarından biridir. Ötən il Azərbaycanda keçirilmiş FIFA U-17 qadınlararası dünya çempionatı zamanı biz bir daha bunun şahidi olduq. AFFA ilə əməkdaşlıq etmklə "Auto Azərbaycan" da bu ənənənin davamçısı olduğunu, ölkəmizdə futbolun kütləviliyinə yardımçı olmaq istədiyini nümayiş etdirdi".
Babayev bildirib ki, bütün dünyada futbola dəstək olan Hyundai brendi Azərbaycanda da ölkə futbolunun inkişafında iştirak etməkdədir və bu gün imzalanan tərəfdaşlıq müqaviləsinə görə çox məmnundurlar.
Mənbə: affa.az

0
0