“Müharibə” arzuları: 4 vəsiqəyə 7 namizəd!
24.04.2013 - 23:01
Azərbaycan kubokunun yarımfinal mərhələsi başa çatdıqdan sonra ölkəmizi qitə miqyaslı yarışlarda təmsil etmək imkanı olan klubların sayı dəyişməz qaldı. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran” “Bakı”nı mübarizədən kənarlaşdırmaqla avrokubok iddiasını qorudu. “Qarabağ”ı dayandıran “Neftçi” isə Avropaya 2 yolla – çempionat və kubokdan getmək imkanı olan tək komanda adını ələ keçirdi.
Avrokuboklara 4 vəsiqəyə “Xəzər Lənkəran” və ilk “altılıq”dakı 6 komandanın hamısı iddialıdı. Amma bu 7 namizədin şansları müxtəlif səviyyədədir. Topaz Premyer Liqasının son 5 turu və ölkə kubokunun “Neftçi” - “Xəzər Lənkəran” finalı həmin 4 xoşbəxti müəyyənləşdirəcək.
Favoritlər
Avrokuboklara ən çox şansı olan “Neftçi”dir. Bakılılar çempionatda 1 xal qazansa, ən azından bürünc medalı özü üçün təmin edib, avrokuboklara hazırlaşmaq imkanı əldə edəcək. Bundan sonra “ağ-qaralar” “qızıl”a sahib çıxıb, qitənin ən nüfuzlu klub turniri - Çempionlar Liqası haqda düşünə bilərlər. “Neftçi”nin xal qazanmasından əvvəl isə “Simurq”un istənilən xal itkisi “Neftçi”nin Avropaya yolunu aça bilər. Bakılıların hara gedəcəyi müəyyənləşəndən sonra kubokda “Xəzər Lənkəran” önünə çıxacaq.
“Neftçi” kimi, “İnter”lə “Qarabağ” da elə qarşıdakı turda Avropaya bilet sifariş etmək imkanına malikdi. Bu komandalar qalib gəlib, “Simurq”un xal itkisini gözləməlidirlər. Belə olan halda, XXVIII turdan sonra onlar avrokuboklarda yerini təmin edib, sonradan Çempionlar Liqası üçün mübarizə aparacaqlar.
Bu turda “İnter” “Neftçi”ni, “Qarabağ” qarşılaşacağı rəqibini udsa, “Simurq” isə qalib gəlməsə zaqatalalılar ilk “üçlük”dən rəsmən kənarda qalacaqlar. Mükafatı təmin edən 3 komanda isə avrokuboklara da yüksələcək. Əslində, bunun qarşıdakı turda olmasa da, növbəti turların birində rəsmiləşməsi o qədər də çox zaman istəmir.
“Xəzər Lənkəran”
Bu 3 komanda kimi, “Xəzər Lənkəran”ın da taleyi öz əlindədir. Cənublular kubokun finalında əzəli rəqibi “Neftçi”ni yenməklə, Avropa Liqasına yüksələ bilərlər. Lakin bu vəsiqənin rəsmiləşməsi üçün finalı gözləməyə ehtiyac olmaya da bilər. Bunun üçün isə...
Vaxtından əvvəl avrokuboklara yüksəlmək üçün cənublular prinsipial rəqiblərinə - “Neftçi”yə azarkeşlik etməlidir. Son 2 ildə çempionluğu vaxtından əvvəl təmin edən “ağ-qaralar” birinci olsalar, finalın nəticəsindən asılı olmayaraq cənublular Avropa Liqasında olacaq. Premyer Liqa kubokdan tez başa çatdığından final avrokubok baxımından əhəmiyyət kəsb etməyə də bilər. “Neftçi”nin qızıl medalları vaxtından tez qazanması isə lənkəranlıları qitə kuboku ilə bağlı sualdan daha tez qurtaracaq. Çempionluq “İnter” və ya “Qarabağ”a nəsib olsa isə “Xəzər Lənkəran” finaldakı “Böyük oyun”u udmalıdır.
Azarkeşlər
Avrokuboklara ən az şansı olanlar isə ilk “altılığ”ın digər 3 sakinidir. “Simurq”, “Bakı” və “Qəbələ”nin qitə səhnəsinə çıxmaq şansları hələlik kağız üzərində olsa da qalır. Amma bu şans cüzi ümiddən artıq bir şey deyil. Çünki bu 3 komandanın taleyi demək olar yad əllərdədir.
Daha doğrusu, həmin komandalar 3 şərtlə avrokuboklara – konkret Avropa Liqasına yüksələ bilər. Bu 3 şərtdən ikisi isə başqalarından asılıdır. Yalnız 1 şərt ikinci “üçlüy”ün özündən asılıdır. Bu da ki, Premyer Liqanı 4-cü pillədə başa vurmaqdan ibarətdir. İndi 40 xallı “Simurq”, 5 xal geridə qalan “Bakı” və cəmi 34 xalı olan “Qəbələ” çempionatın 4-cüsü olmaq üçün az qala “müharibə”yə çıxacaq.
Lakin bu “müharibə”də 3 tərəfdən heç biri deyil, 4-cü komanda – “Xəzər Lənkəran” qalib ayrıla bilər. Bəs onda “Simurq”, “Bakı” və “Qəbələ” nə etməlidir?
Azarkeşlik! Bəli, bəli azarkeşlik! Bu 3 komanda 4-cü olmaqla yanaşı, çempionatda bir, kubokda fərqli cəbhədə azarkeşlik etməlidir.
Bu “üçlük” “Neftçi”nin çempionluğuna mane olmalıdır. Çünki bakılılar çempion olan kimi “Xəzər Lənkəran” Avropa Liqasına vəsiqəni təmin edir və 3 komandanın arzusu gözündə qalır. Bu üzdən də taleyi yad əllərdə olan komandalar “Neftçi”yə mane olmağa, onu büdrətməyə çalışacaq, “İnter”lə “Qarabağ”ın çempionluğu üçün azarkeşlik etməyə məhkumdurlar.
Düzdür, kimsə bu komandaların “Neftçi”nin rəqiblərinə xal verəcəyini düşünə bilər. Lakin 4-cü yer uğrunda da paralel mübarizə aparanlar üçün bu xal itkisi baha başa gələr. “Ağ-qaralar”ın çempionluğunda 4-cü yer, 4-cü olmadıqda isə ən titullu klubumuzun qızıl qazanmaması heç bir əhəmiyyət kəsb etməyəcək.
Azarkeşlik etməyə məcbur olan 3 komanda çempionatda “Neftçi”nin əleyhinə arzular quracaq, Premyer Liqa bitən kimi “ağ-qara” bayrağa sığınacaq. Söhbət Böyükağa Hacıyevin yetirmələrinin çempion olmayacağı halda, 4-cü yeri tutan komandadan gedir. Həmin klub artıq 2-ci və ya 3-cü olacaq “Neftçi”nin kubokda “Xəzər Lənkəran”ı məğlub etməsi həmin 4-cü yer sahibinə Avropaya yol açacaq. Bir sözlə, “Simurq”, “Bakı” və “Qəbələ” 3 şərtin paralel olaraq həyata keçməsi ilə Avropa Liqasına 4-cü vəsiqəni qazanacaq: 4-cü olsa, çempionluq “İnter” – “Qarabağ” cütlüyündən birinə, kubok isə “Neftçi”yə nəsib olsa.

0
0