“Orxan Sadıqlı “Bakı”ya qarşı oynamayacağını 1 gün əvvəldən bilirdi”
25.04.2013 - 09:34
“Gənc qapıçımız Orxan Sadıqlı “Bakı”ya qarşı oynamayacağını bir gün əvvəldən bilirdi”. Bunu apasport.az saytına “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Dünən Lənkəranda ölkə kubokunun yarımfinal mərhələsində cavab oyunu baş tutdu. Meydan sahibi “Xəzər Lənkəran” “Bakı” ilə qarşılaşdı. Ancaq paytaxt klubu ilə ilk oyunda hesabın böyük olmamağında əsas rola malik olan Orxan Sadıqlının ehtiyatda qalması maraq doğurmaya bilməzdi. Onun əvəzinə çempionatın XIX turunda “İnter”ə qarşı debütündə kobud səhvləri ilə yadda qalan, “Sumqayıt” və “Rəvan”la oyunlarda inamsız təsir bağışlayan Toni Doblasın meydanda olması gözlənilməz idi.
Bunu aydınlaşdırmaq üçün Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. O, ispan qapıçının oynamasını belə izah etdi: “Bir gün əvvəl baş məşqçi Con Toşak Orxanla söhbət etmişdi. Bildirmişdi ki, qapıda Doblasa şans verəcək. Çünki Toni yaxşı bilir ki, əsas heyətdə oynamaq şansı çox azdır. Yaş limitinə görə Orxanın şansı ona nisbətən daha çoxdur. Ancaq bütün bunlara baxmayaraq, ispaniyalı qolkiper son məşqlərdə həvəsli idi, ürəyini qoyurdu. Bunu nəzərə alan Toşak Doblasa bu oyunda şans verməyi düşündü. Bu qapıçının gələcəkdə də komandamızın qapısında dayanması hər iki qolkiperin məşqlərdə özünü necə göstərməsindən asılıdır”.
Səbuhi TOFİQOĞLU

0
0