Foqtsun Azərbaycanda çempionluğa 2 namizədi var
26.04.2013 - 17:00
“Mənə elə gəlir ki, çempionluq “Neftçi” ilə “Qarabağ” arasında həll olunacaq. Onlar arasında yarımfinal oyunu çox xoşuma gəldi. Maraqlı, gərgin oyun getdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib. Almaniyalı çalışdırıcının sözlərinə görə, hazırda turnir cədvəlində ilk pillələrdə gedən “Neftçi” ilə “Qarabağ” çempionluğa əsas namizəddir: “Düzdür, “İnter”in də şansı var. “Neftçi”ni son matçlarda sabit oyun nümayiş etdirdiyini deməliyəm. Bu da yaxşı legionerlərinin olmağı ilə bağlıdır. “Qarabağ”da isə əksəriyyət millinin oyunçularıdır. “Bakı”nın ölkə kubokunun finalına çıxmayacağını gözləməzdim. Çünki onun heyətində yaxşı futbolçular var”.
“Xəzər Lənkəran”ı finalda gözləməyən Foqts bildirib ki, həlledici matç 1 oyundan ibarət olduğundan, “Neftçi”nin ona hansı vəziyyətdə çıxmağından çox şey asılıdır: “Bu komanda çempion olandan sonra finala rahat çıxa bilər. Yaxud çempion olmasa, ruhdan düşüb kubokda pis oynaya bilər. Mən “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakı tanıyıram. Bilirəm ki, komandanı 1 oyuna yaxşı hazırlaya bilər. Bəlkə bəxti gətirdi, 1 qolla qalib gəldi. Oyuna 3-4 həftə qalmış proqnoz vermək çətindir. Bu çempionat çox maraqlı keçir və favoritlə zəifin kimin olduğunu demək olmaz”.
Mehman SÜLEYMANOV

0
0