Qurbanovdan het-trik
27.04.2013 - 18:15
Qurbanovdan het-trik
Bu gün Özbəkistan və Azərbaycanın futbol veteranları arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən matç Asiya ölkəsinin paytaxtı Daşkənddə baş tutub.

Veteranların oyununda topa ilk toxunuşu Azərbaycanın və Özbəkistanın xalq artisti, Daşkənd Opera və Balet Teatrının baş rejissoru Firudin Səfərov edib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin şəxsi vəsaiti hesabına təşkil olunan görüş məhsuldar heç-heçə ilə nəticələnib – 4:4. Komandamızın qollarından birini Vəli Qasımov vurub. Musa Qurbanov isə het-trik edib. Özbəklərdən Əzəmət Sduraimov da 3 qol vurub. Daha bir dəfə isə Cəsur Əbdurəhimov fərqlənib. Qapıçımız Hüseyn Məhəmmədov penaltini qaytatıb.

Bütün komandalara “Uceli” şirkətinin rəhbəri Elçin Cabbarov tətərinfən şirkətin xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, oyunu uzun illər hakim olmuş, Özbəkistanda yaşayan azərbaycanlı Sərdar Nəcəfəliyev idarə edib.