“Biz finala vəsiqəni futbolçularımızın alın təri və azarkeşlərimizin gücü ilə qazandıq“
28.04.2013 - 14:27
“Mən “Bakı” tərəfinin bu açıqlamaları ilə tanış olub çox üzüldüm. Normal olaraq mən hakimlik haqqında heç zaman danışmıram. Amma əgər rəqibimiz hakimlərin bizə kömək etdiyini önə çəkirsə deyim ki, biz özümüz də hakimlikdən razı qalmadıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib. Uesli mütəxəssis “Bakı”nın Azərbaycan kubokunun cavab yarımfinal oyununda hakimlər briqadasının onların finala adlamağına mane olduğu haqda fikirlərinə klubunun rəsmi saytı vasitəsi ilə cavab verib.
Toşakın sözlərinə görə, heç kim onların qələbələrinə kölgə sala bilməz: “Bircə şeyi vurğulayım ki, “Bakı” nın 5 nömrəli futbolçusu (Aqil Nəbiyev nəzərdə tutulur-red) iki dəfə simulyasiyaya əl atıb əlverişli hücumumuzun qarşısını aldı. Yan hakim bir dəfə real qol şansımıza mane olub oyundan kənar vəziyyət qeydə aldı. Mən cavab oyunundan sonra mətbuat konfransında dediyim fikirlərimə bir daha qayıtmaq məcburiyyətindəyəm – “Bakı” mərhələ adlamağı hələ ilk oyunda uduzmuşdu. Biz finala vəsiqəni futbolçularımızın alnının təri və azarkeşlərimizin gücü ilə qazandıq”.
Qeyd edək ki, lənkəranlılar səfərdə 0:1 hesablı məğlubiyyətində evdə çıxa bildilər – 2:0

0
0