Tito Vilanova: Messi anladı ki, komandaya kömək edə bilməyəcək
02.05.2013 - 03:20
Tito Vilanova: Messi anladı ki, komandaya kömək edə bilməyəcək
“Mən “Bavariya”nı finala çıxdıqları üçün təbrik edirəm. Bizimlə görüşdə onlar yüksək səviyyədə oyun göstərdilər. Matçın əvvəlindən sonuna qədər bizə dəstək olan azarkeşlərimizə də təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Barselona”nın baş məşqçisi Tito Vilanovaya məxsusdur.

44 yaşlı mütəxəssis Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan sonra “Bavariya”ya 0:3 hesablı məğlubiyyətə şərh verib: “Qonaqların ikinci hissənin əvvəlində vurduğu qol bizi məyus etdi. Bu, ölümcül zərbə idi. Əgər onları bizimlə müqayisə etmək lazımsa, “Bavariya” fiziki hazırlığın yüksək səviyyəsi ilə istədiyinə nail oldu. Münhen klubunun oyunçuları çox gözəl formadadır”.

Vilanova Lionel Messini meydana buraxmamasına da toxunub: “Messi “Atletik”lə matçda oynadı, bir halda ki, o, özünü daha yaxşı hiss edirdi. Həmin zaman görüşün sonunda Messidə qəribə hislər yarandı, amma bu zədə deyildi. O, özünü yaxşı hiss etmirdi və ümumi qrupda məşq edirdi. Lionel anladı ki, bu vəziyyətdə komandaya kömək edə bilməyəcək. Və bu normaldır ki, hər şey Messi kimi oyunçunun yoxluğunda belə oldu”.