“Bavariya” daha yaxşı idi”
02.05.2013 - 06:41
“Bavariya” daha yaxşı idi”
“Əlbəttə, mən məyus oldum. Çünki komanda ilk hissədə oyuna tamamilə gücünü verdi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Barselona”nın yarımmüdafiəçisi Xavi Hernandesə məxsusdur.

Təcrübəli futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Bavariya”ya 0:3 hesablı məğlubiyyəti dəyərləndirib: “Biz “Bavariya”nı təbrik etməliyik. Onlar bizdən daha yaxşı çıxış etdilər və finala layiqincə çıxdılar. Müdafiə xəttində problemlərimiz vardı. Bu bəraət deyil, amma biz itkilər haqqında danışırıq. Bunu yenə deyirəm. “Bavariya” daha yaxşı idi. İndi onlar oyunun bütün aspektlərində üstündür. İki yarımfinala nəzər salsaq, ispanlardan alman futbolunun üstünlüyü daha çox nəzərə çarpır, ancaq “Bavariya” Dortmund kimi, finalda ədalətlə oynayacaq. Bu komanda sona qədər davam etməyə bacarıqlıdır”.