Rüştü Rəcbərdən “Fənərbaxça” yorumu
02.05.2013 - 16:51
“Oyun həm Azərbaycanda, həm də dünyada çıxış etmiş futbolçuların qarşılaşması baxımından maraqlı idi. Zövqlü, gözəl və əyləncəli matç oldu. Həm köhnə günlərimizi xatırladıq, həm də indiki gücümüzü gördük”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin və “Barselona”nın sabiq qapıçısı Rüştü Rəcbər deyib.
Türkiyə millisinin baş məşqçisi Abdullah Avcının veteranların oyununu bəyənib. Avcının onları komandasına götürmək istədiyini deməsi Rüştüyə də şamil olunmalıdır. Təbii ki, zarafatla deyilən bu sözə Rəçbərin reaksiyası belə olmalıydı: “Yox, artıq biz milli komandanı, futbolu buraxmışıq. İndi türk futboluna fərqli şəkildə xidmət edirik”.
Rüştü “Barselona”ya gedənə kimi “Fənərbaxça”da inamlı qurtarışları ilə seçilib. 2002-ci ildə Asiyada keçirilən DÇ-də Oliver Kandan sonra mundialın ən yaxşı qapıçısı olan Rəçbər “Fənərbaxça”nın bu gün Avroliqadakı şansından da danışıb: “Təbii ki, Fənərbaxça çox önəmli bir rəqiblə oynayacaq. “Benfika” güclü komandadır. Düzdür, ilk oyuna əsasən üstünlükləri var. Ancaq ikinci oyunda onlar üçün çətin olacaq. Bununla belə, mərhələ adlayıb finala çıxacaqlarına inanıram”.
Qeyd edək ki, Rüştü Rəçbər veteranların görüşündə meydana fasilədən sonra çıxıb. O, Vəli Qasımov və Samir Ələkbərovun qollarına mane ola bilməyib.
Səbuhi TOFİQOĞLU

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0