AZAL-ın çempionluğu rəsmiləşdirmək şansı
02.05.2013 - 17:18
Topaz Premyer Liqasının XXIX turu bir sıra yerlərin sahiblərini rəsmiləşdirə bilər. Apasport.az saytının məlumatına görə, ilk “altılıq”da mükafatçılar müəyyənləşəcəksə, ikinci “altılığ”ın liderinə tam aydınlıq gəlməlidir.
Belə ki, hazırda 7-ci pillədə olan AZAL özünəməxsus çempionluğunu sona 3 tur qalmış rəsmiləşdirmək üzrədir. Bunun üçün ilk növbədə qalib gəlmək lazımdır ki, növbəti mövsümdə yüksək liqada olmayacaq “Turan”la matçda buna nail olmaq realdır. “Təyyarəçilər” hazırda ən yaxın izləyicisi olan “Rəvan”ı 8 xal qabaqlayır. Bakılılar “Sumqayıt”la matçda xal itirərsə, AZAL ikinci “altılığ”ın çempionluğu mövsüm bitməmiş qazanacaq.
Qeyd edək ki, 3 medaldan 2-nin sahibinin “Neftçi” ilə “Qarabağ” olacağı ötən tur dəqiqləşdi. “İnter” bu tur “Bakı”ya qalib gələrsə, medal kolleksiyasının tam siyahısı bilinəcək.

0
0