Millinin qapıçısının mənzilində meyiti tapıldı - FOTO
02.05.2013 - 17:29
Xorvatiya milli komandasının sabiq qapıçısı İvan Turinanın evində öldüyü aşkarlanıb. Apasport.az saytının məlumatına görə, 2010-cu ildən İsveçin AİK klubunda 65 matçda oynayan 33 yaşlı futbolçu Stokholmdakı mənzilində bu gün meyiti tapılıb. Yatan futbolçu bir daha gözlərini açmayıb.
Polisdə İvanın üzərinə hücum edilməyi şübhəsi yoxdur. Futbolçunun ürəyində problem olub ki, əvvəl bununla əlaqədar həkimə müraciət edib. Onun 2 körpə qızı qalıb ki, həyat yoldaşı daha bir uşağı dünyaya gətirməyə hazırlaşır.
Qeyd edək ki, Turina vaxtilə Zaqreb “Dinamo”su və “Lex”də də oynayıb. O, birincilərlə 3 dəfə çempionluq, həmçinin ölkə kuboku və Superkuboku, Polşada da qızıl medal qazanıb. İvan 2007-ci ildə Xorvatiyanın ən yaxşı qapıçısı seçilib.

0
0