22-ci duel, 10-cu qələbə üçün
02.05.2013 - 19:18
22-ci duel, 10-cu qələbə üçün
Bu həftə Topaz Premyer Liqasında XXIX turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu dəfə səfərdə meydana çıxacaq “Qəbələ” mayın 3-də Zaqatalada “Simurq”un qonağı olacaq. Mövsümdə 4-cü dəfə üz-üzə gələcək komandalar tarixlərində 22-ci duelə çıxacaq.

2005-ci ilin yayında yaranan “Qəbələ” və “Simurq” elə ilk mövsümdə I dəstədə uğurla çıxış edib güclülər dəstəsinə vəsiqə qazanıblar. Aşağı dəstədən başlayan həmin rəqabət dövründə rəqiblər 2 dəfə I dəstə, 2 dəfə kubok və 15 dəfə çempionatda qarşılaşıb.

Əvvəlki 21 qarşılaşmada 9 qələbəsi olan “qara-qırmızılar” “Simurq” üzərində yubiley zəfərini əldə etmək əzmindədir. Cari mövsümdə rəqibini yenməyən “Qəbələ” son 3 oyunda hər dəfə 1 qol buraxmaqla qalib gələ bilməyib.

Cari mövsümdə 2 dəfə, ümumilikdə isə 5 dəfə komandaların oyununda qalib müəyyənləşməyib. Zaqatala təmsilçisi isə 7 dəfə meydanı 3 xalla tərk edib.

Top fərqində üstünlüyə malik olan “Qəbələ”dir – 25:18. Son 4 dueldə hər komanda 1 dəfə qapısını toxunulmaz saxlaya bilib. Lakin bu 4 matçda 1-dən artıq qol vuran olmayıb.

“Simurq”un meydanında 11-ci dəfə baş tutacaq oyunadək meydan sahibləri 4 qələbə qazanıb. 3 dəfə “Qəbələ”nin qalib gəldiyi qarşılaşmalarda eyni sayda heç-heçə qeydə alınıb. Zaqatala təmsilçisi öz meydanında 11, qonaqlar isə 10 dəfə qol sevinci yaşayıb.


2005/06 05.10.2005 Birinci divizion Göy-Göl (Xanlar) - Simurq (Zaqatala) 2:0
2005/06 01.03.2006 Birinci divizion Simurq (Zaqatala) - Gilan (Xanlar) 1:3
2006/07 23.10.2006 Premyer Liqa Gilan (Qəbələ) - Simurq (Zaqatala) 1:2
2006/07 07.04.2007 Premyer Liqa Simurq (Zaqatala) - Gilan (Qəbələ) 3:1
2007/08 15.09.2007 Premyer Liqa Simurq (Zaqatala) - Qəbələ 2:0
2007/08 24.10.2007 Azərbaycan kuboku, 1/8 Qəbələ - Simurq (Zaqatala) 1:0
2007/08 31.10.2007 Azərbaycan kuboku, 1/8 Simurq (Zaqatala) - Qəbələ 2:1
2007/08 27.04.2008 Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 1:0
2008/09 23.11.2008 Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 0:0
2008/09 10.05.2009 Premyer Liqa Simurq (Zaqatala) - Qəbələ 1:0
2009/10 16.08.2009 Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 2:1
2009/10 28.11.2009 Premyer Liqa Simurq (Zaqatala) - Qəbələ 1:1
2010/11 01.10.2010 Premyer Liqa Simurq (Zaqatala) - Qəbələ 0:2
2010/11 27.11.2010 Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 4:0
2010/11 17.04.2011 Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 3:0
2010/11 30.04.2011 Premyer Liqa Simurq (Zaqatala) - Qəbələ 0:0
2011/12 29.10.2011 Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 0:2
2011/12 16.02.2012 Premyer Liqa Simurq (Zaqatala) - Qəbələ 0:1
2012/13 04.08.2012 Premyer Liqa Simurq (Zaqatala) - Qəbələ 1:1
2012/13 16.12.2012 Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 0:1
2012/13 05.04.2013 Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 1:1


Mənbə: gabalafc.az
0